Mollalar attestasiyadan keçəcək
Qafqaz Müsəlmanları İdarəsi bu barədə açıqlama yayıb
“Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq, bəzi üzdəniraq şəxslərin din xadimi adına xələl gətirən dələduz əməllərinin insanların heysiyyətinə toxunmasını, habelə hörmətli din xadimlərinin nüfuzdan düşməsinə gətirib çıxarmasını milli mənəviyyatımıza zərər vuran bir hal kimi dəyərləndirir. Bu baxımdan, ölkə boyunca saqqal saxlayıb, buxara papaq qoyub özünü din xadimi kimi qələmə verən insanların dini biliklərinin, dini ayin yerinə yetirmək bacarığının yoxlanılması məramı ilə keçirilməsi nəzərdə tutulan növbəti attestasiya din xadimi adının nüfuz və hörmətinin qorunmasına xidmət edəcək”.
Lent.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin mollaların attestasiyası ilə bağlı yaydığı açıqlamada belə deyilir. Sənəddə bildirilir ki, Qazılar Şurasının son iclasında QMİ sədrinin səsləndirdiyi fikirlərdən sonra mətbuatda dindarlar haqqında qərəzli, qeyri-obyektiv fikirlər yer alıb. QMİ isə həmin fikirlərə cavab olaraq bildirir ki, bütün sahələrdə çalışan mütəxəssislər arasında olduğu kimi, din xadimlərinin attestasiyası da onların öz vəzifələrini həyata keçirməyə yararlılığını müəyyən etməyə xidmət edən idarədaxili tədbirdir.
Açıqlamada qeyd olunub ki, din xadimi olmaq istəyən, dini biliklərinə güvənən şəxslər yerlərdə, yəni QMİ-yə gəlmədən keçiriləcək attestasiya prosesində iştirak edən bilərlər. Attestasiyadan uğurla keçəcək insanlar dini vəzifələrə təyinat alaraq, dini mərkəzin - QMİ-nin müvafiq vəsiqələri ilə təmin olunacaq və insanlara dini xidmət göstərəcəklər. Bu attestasiyanın qərəzsiz, şəffaf keçirilməsi idarə tərəfindən təmin olunacaq. Bu baxımdan, attestasiya prosesi yalnız öz dini savadına arxayın olmayan iddiaçıları narahat edə bilər.

Oxşar yazılar

"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55
Xiyar iki dəfə daha uzun müddət təzə qalacaq: çox sadə həyat hiyləsi
9 iyul 2025 , 16:11
Avropada istilər səbəbindən 2300-dən çox insan ölüb
9 iyul 2025 , 15:42
"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17
Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU
9 iyul 2025 , 12:03