Məsciddə qız sevən molla ilə bağlı araşdırma başlayıb
Baş Prokurorluq Göyçay məscidində qız sevən molla ilə bağlı araşdırma aparır. Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Eldar Sultanovun sözlərinə görə, Göyçay şəhər məscidinin axundu kimi təqdim edilən Əsgər Babayev tərəfindən işlədiyi məsciddə yetkinlik yaşına çatmayan qızla əxlaqsız hərəkətlərə yol verildiyi və bu hərəkətləri özündə əks etdirən video kadrların internet şəbəkəsi vasitəsi ilə yayımlanması barədə informasiyalar dərc olunub.
Baş Prokurorluğun rəhbərliyi tərəfindən həmin xüsusatların təcili araşdırılması və nəticəsindən asılı olaraq qanuna müvafiq qərarın qəbul edilməsi barədə konkret göstərişlər verilib.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Fərid Əkbərov

542