Ən istedadlı abituriyentlər II və IV qrupları seçənlərdir
Daha hazırlıqsız abituriyentlər isə I-III ixtisas qruplarını seçməklə aşağı müsabiqə vəziyyəti olan ixtisaslara qəbul olmaq istəyir
“Ən istedadlı və bacarıqlı abituriyentlər ali məktəblərin II və IV ixtisas qruplarını seçənlərdir. Həmin abituriyentlər konkret ixtisaslarını əvvəlcədən müəyyənləşdirərək öz məqsədlərinə çatmaq üçün ciddi hazırlaşır. I-III ixtisas qruplarını seçən abituriyentlər isə daha hazırlıqsızdırlar”.
Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, yüksək istedada malik bacarıqlı abituriyentlər əsasən, II və IV ixtisas qruplarını seçdiklərindən ən yüksək müsabiqə vəziyyəti də məhz bu qruplarda yaranıb
“Lakin biz digər qruplarda fərqli vəziyyəti müşahidə edirik. Yəni I və III ixtisas qruplarına sənəd verənlərin müəyyən qismi bu ixtisasları ona görə seçirlər ki, orada vakant yerlərin sayı çoxdur, ixtisaslar müxtəlifdir. Həmçinin bu qruplarda nüfuzlu ixtisaslarla yanaşı, aşağı müsabiqə vəziyyəti olan ixtisaslara qəbul olmaq imkanı var. Bütün bunlar ali məktəblərə qəbulun göstəricilərində öz əksini tapıb” – deyə, Məleykə Abbaszadə bildirib.
TQDK) sədri onu da deyib ki, I ixtisas qrupunda bu ilki məzunların 5 faizi, II qrupda 10 faizi 500-700 bal toplayanlardır. III qrupda məzunların 8 faizi, IV qrupda 12 faizi 500-700 bal toplayıb.
Elxan SALAHOV

1342