Kolleclərə qəbulun nəticələri açıqlandı
Tam orta təhsil bazasından kolleclərə 6758 abituriyent daxil olub
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, nəticələr artıq qurumun internet saytında yerləşdirilib.
Ümumi nəticələrə əsasən, ali məktəblərin vakant yerlərinə 998, orta ixtisas məktəblərinə isə 6758 nəfər abituriyent daxil olub. TQDK-da bildirirlər ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 13-dən 20-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 16-dan 31-dək, sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Elxan SALAHOV

371