Məsciddə qız sevən axundla bağlı araşdırma aparılır
11 avqust 2010 14:00 (UTC +04:00)

Məsciddə qız sevən axundla bağlı araşdırma aparılır

Hacı Salman Musayev: “Belə hal baş veribsə, onun mahiyyəti öyrəniləcək və müvafiq tədbirlər görüləcək”

Gцyзayda şəhər məscidinin axundu Əsgər Babayevin ibadət evində azyaşlı qızla sevişməsini əks etdirən video kadrlar yayılıb. Lent.az-ın bölgə müxbirinin məlumatına görə, avqustun 10-dan rayon sakinlərinin mobil telefonlarında yayılmış bu video çarx artıq facebook sosial şəbəkəsinə də yerləşdirilib.

Video зarxda axundun məscidin iзində azyaşlı qızla sevişməsi ilə bağlı səhnə əksini tapıb. Axund Əsgər Babayevlə bağlı video mobil telefon vasitəsilə məsciddə ibadət edənlər tərəfindən gizli зəkilib.

Məlumata görə, axund qızla tanış olan zaman ona namaz qılmağı və “Qurani-Kərim”i oxumağı öyrədəcəyini bildirib və bu məqsədlə qızı məscidə dəvət edib. Hətta qızı bir oğlanla tanış edərək onları nişanlayıb və kəbinini də özü kəsib. Molla özünü də qıza siğə (molla kəbini) edib. Video kadrların yayılmasından sonra Axundun rayon hüquq-mühafizə orqanlarına dəvət edilərək, dindirildiyi bildirilir. Hazırda Göyçay dindarları, sadə insanlar, ziyalılar Əsgər Babayevin rayonu tərk etməsini tələb edirlər.

Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı Əsgər Babayevin mövqeyini öyrənmək istəyib. Amma o heз bir media nьmayəndəsi ilə danışmaq istəmədiyini bildirərək, telefonunu qapadıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, müfti Hacı Salman Musayev isə Lent.az-a açıqlamasında belə bir hadisədən xəbərdar olmadıqlarını söyləyib. Bununla belə, o deyib ki, elə bizim müraciətimizdən dərhal sonra məsələ ilə dəqiqləşdirmə aparılacaq: “Biz elə bu gün sizin suallarınız əsasında ciddi araşdırma aparacağıq. Əgər belə hal baş veribsə, onun mahiyyəti öyrəniləcək və müvafiq tədbirlər görüləcək”.

Hacı Salman deyib ki, bu yaxınlarda Masallıda da oxşar hadisənin baş verdiyi barədə məlumatlar yayılmışdı. Ancaq onun sözlərinə görə, QMİ bu məsələni araşdırdıqdan sonra məlum olub ki, həmin şəxs məscidin axundu deyilmiş: “O adamın da bizə aiddətiyyəti yox idi, adi bir müsəlman kimi məscidə gəlib-gedirmiş”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə Lent.az-a bildiriblər ki, Gцyзayda belə bir hadisənin olduğu barədə məlumatlar var. Hazırda həmin məlumatların həqiqət olub-olmadığını öyrənmək ьзьn komitə tərəfindən də araşdırma aparılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025

Oxşar yazılar