Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
11 avqust 2010 13:00 (UTC +04:00)

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Avqustun 11-də Baş prokurorun birinci müavini Rüstəm Usubovun sədrliyi və Baş Prokurorluğun əlaqədar idarələrinin rəhbər heyətinin iştirakı ilə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin Yardımlı rayon prokurorluğunda kompleks yoxlanılmasının nəticələrinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.



Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, qeyd edilən rayon prokurorluğunun əməkdaşlarının və yoxlama komissiyasının üzvlərinin iştirakı ilə keçirilən müşavirədə yoxlama komissiyası sədrinin məruzəsi, Yardımlı rayon prokurorunun hesabatı əsasında həmin prokurorluq tərəfindən son 5 il ərzində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinin, habelə yoxlama zamanı aşkar edilmiş çatışmazlıqların hərtərəfli və prinsipial müzakirələri keçirilib. Həmin qurumda işin səmərəliliyinin artırılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar