Araz çayı üzərindəki körpü qəzalı vəziyyətdədir
Azərbaycanın İmişli rayon mərkəzinin girişində, Araz çayı üzərində yerləşən avtomobil körpüsündə qəza vəziyyəti yaranıb.
Bu barədə «APA-ECONOMICS»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyevin sözlərinə görə, normadan 2-3 dəfə artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti nəticəsində M-6 İmişli yolunun (İmişli şəhərinin girişində) yerləşən körpünün örtük pilitələrinin bəziləri qırılıb. Körpünün hərəkət hissələri deformasiyaya uğradığından nəqliyyatın hərəkəti üçün ciddi təhlükə yaranıb.
«Azəryolservis» ASC rəsmisi onu da bildirib ki, körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq avqustun 11-i saat 08:00-dan üç gün ərzində qeyd olunan istiqamətdə, körpünün üzərində avtomobillərin hərəkəti dayandırılacaq. Bu yol ilə İmişli şəhərinə və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri sürücülərinin alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

685