Bir neçə ədliyyə işçisi cəzalandırılıb
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə kollegiya iclası keçirilib
Azərbaycanda bir neçə ədliyyə işçisi cəzalandırılıb. Bu barədə Lent.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Ədliyyə Nazirliyində icra xidməti, yerli qurumlarının rəhbərlərinin və digər məsul işçilərin iştirakı ilə yeni qanunvericilikdən və ölkə Prezidentinin həmin fərmanından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində məhkəmə qərarlarının icrasının yaxşılaşdırılmasına yönəlmiş məqsədyönlü işlərdən danışıb. F. Məmmədov xidmətin maddi texniki bazasının gücləndirilməsi və yüksək hazırlıqlı kadrlarla komplektləşdirilməsini qeyd edib.
İclasda 2010-cu ilin birinci yarımilində icra sahəsində görülmüş işlərə dair nazirliyin İcra baş idarəsinin rəisi – baş icra məmuru X.Zeynalov məruzə ilə çıxış edərək, hesabat dövründə daxil olmuş icra sənədlərinin 76,8 faizinin icra edildiyini, icradan yayınan 650 şəxsin inzibati məsuliyyətə cəlb olunduğunu, habelə 141 nəfər barədə cinayət işinin başlanıldığını diqqətə çatdırıb.
Həmçinin, iclasda icra məmurlarının hazırlığının artırılması, yeni qanunvericilikdən irəli gələn vəzifələrin ətraflı öyrənilməsi və dürüst icrası məqsədilə Ədliyyə Akademiyası ilə birgə tədris tədbirlərinin keçirilməsi, yerli qurumlara rəhbərliyin və nəzarətin gücləndirilməsi, icra intizamına ciddi riayət olunması, sui-istifadə, süründürməçilik və digər qanun pozuntularına yol verilməsi barədə vətəndaşların və dövlət orqanlarının müraciətlərinin hərtərəfli və təxirəsalınmadan araşdırılması və təqsirkar əməkdaşların ciddi intizam məsuliyyətinə cəlb olunması barədə müvafiq göstərişlər verilib.
Kollegiyada xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiyinə görə Qəbələ rayon məhkəmə icraçıları qrupunun rəhbəri Yusif Həsənov tutduğu vəzifədən azad edilərək, ədliyyə orqanlarından xaric olunub. Xaçmaz və Hacıqabul icra qruplarının rəhbərləri Bəybala Ağayevə və Ramil Şirəliyevə şiddətli töhmət elan edilməklə onlara işlərində dönüş yaratmaları üçün 6 ay vaxt verilib. Bir sıra digər yerli icra strukturları rəhbərlərinə ciddi xəbərdarlıq edilib.
Fərid Əkbərov

583