“Donuz qripi” pandemiyası başa çatıb
10 avqust 2010 12:30 (UTC +04:00)

“Donuz qripi” pandemiyası başa çatıb

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan A/H1N1 (“donuz qripi”) virusunun post-pandemik dövrə keçdiyini açıqlayıb.


APA-nın təşkilatın saytına istinadən verdiyi məlumata görə, M. Çan hazırda nə şimal, nə də cənub yarımkürəsində qeyri-mövsümi xəstəliklərin yayılmadığını deyib: “Lakin bu, o demək deyil ki, H1N1 virusu yoxa çıxıb. Ötən pandemiyaların təhlili əsasında biz belə nəticəyə gəlirik ki, H1N1 virusu mövsümi qrip virusu kimi özünü göstərməyə və yaxın illərdə yayılmağa davam edəcək”.


Xatırladaq ki, 2010-cu ilin əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı “donuz qripi” pandemiyasının ən təhlükəli – altıncı səviyyəyə çatdığını açıqlamışdı. Dünyanın bir sıra bölgələrində H1N1 virusu əhalinin 20-40%-ni əhatə etmişdi. Bununla yanaşı, M. Çan virusun daha təhlükəli letal formaya keçmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar