Çörək və un bazarında yoxlamalar başladı
10 avqust 2010 11:30 (UTC +04:00)

Çörək və un bazarında yoxlamalar başladı

Məqsəd çörək və unun qiymətinin süni şəkildə qaldırılmasının qarşısını almaqdır


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörəyin və unun qiymətinin gündəlik monitorinqinə başlayıb. Məqsəd son vaxtlar dünya bazarında taxılın qiymətində müşahidə edilən artımla əlaqədar ölkə ərazisində taxıl məhsullarının süni qiymət artımının qarşısını almaqdır.


İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, aparılan monitorinqlər nəticəsində çörəyin qiymətində dəyişiklik müşahidə edilməyib. Həmçinin un istehsal edən müəssisələrin topdansatış qiymətlərində artım qeydə alınmayıb.


Bununla belə, monitorinqlər zamanı bəzi pərakəndə satış obyektlərində 50 kiloqramlıq əla növ unun qiymətinin 2 manatadək bahalaşdığı müşahidə edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən ticarət obyektlərində unun qiyməti ilə bağlı yoxlamalara başlanıb.


Yoxlamalar nəticəsində süni qiymət artımına yol verdiyi müəyyən edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar