Qazaxıstan səfiri Tovuza səfər edib
Səfir rayonun sərhəd kəndində də olub
Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov öz xanımı ilə birgə Tovuza səfər edib. Səfiri Azərbaycanın millət vəkili Qənirə Paşayeva da müşayiət edib. Serik Primbetov öncə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüb.
Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, burada qonağa Tovuzun hər tərəfli inkişafından söz açılıb. Rayonun iqtisadi potensialı ilə bağlı geniş söhbət aparılıb. Qazaxıstanlı iş adamlarının buraya sərmayə yatıra biləcəyi, iki tərəfli əlaqələr qura biləcəyi sahələr açıqlanıb. Əsasən üzümçülük və şərabçılıqla bağlı imkanlar barədə məlumat verilib.
Sonra Qazaxıstanın ölkəmizdəki səfiri rayonun sərhəd kəndi olan Ağdamda olub. Burada diplomatın nəzərinə çatdırılıb ki, düşmən ordusu tez-tez atəşkəsi pozur, kənd əhalisinin rahat yaşamasına mane olur.
Səfirə ermənilərin açdığı atəş nəticəsində kənd məktəbində yaranan güllə izləri də göstərilib.
Səfər davam edir.
Vüsalə Cənnətova

822