Qazılar Şurası toplaşdı
07 avqust 2010 16:00 (UTC +04:00)

Qazılar Şurası toplaşdı

QMİ müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar dinarlara tövsiyələr verib

Dünya müsəlmanlarının müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qazılar Şurasının iclası keçirilib.


Lent.az-ın məlumatına görə, iclasda QMİ sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, akademiklər Vasim Məmmədəliyev, Ziyad Səmədzadə və başqaları çıxış edərək dindarları, Azərbaycan müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik ediblər.


QMİ sədri Allahşükür Paşazadə Qafqaz müsəlmanlarına müraciət edərək onları birliyə, haqq-ədalətin yanında olmağa çağırıb.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxışında QMİ-nin yerlərdəki nümayəndələrinə Ramazan ayında həyata keçiriləcək dini ayin və mərasimlərin təşkilinə ciddi nəzarət etməyə, heç bir təfriqəyə yol verməməyə çağırıb. Komitə sədri dindarları xoş niyyətli, xeyirli əməllərlə məşğul olmasının vacibliyini önə çəkib və qeyd edib ki, Ramazan ayında müsəlmanların mərasimlərdə birlik nümayiş etdirməsi həm də QMİ-nin yerlərdəki nümayəndələrindən, onların təşkilati bacarıqlarından asılıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar