Texnikumlara qəbul başladı
Artıq 563 abituriyent əsas təhsil bazasından texnikumlara qəbulda iştirak etmək üçün ərizəsini təsdiqləyib
Əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinə indiyədək 27 312 nəfər sənəd verib.
Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, əsas təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu avqustun 10-da yekunlaşacaq.
Tam (11 illik) orta təhsildən texnikumlara sənəd qəbuluna gəlincə, TQDK sədri deyib ki, bu məktəblərə sənəd qəbulu dünən başlayıb. Onun sözlərinə görə, bu gün saat 11.00-a olan məlumata əsasən, artıq 563 abituriyent əsas təhsil bazasından texnikumlara qəbulda iştirak etmək üçün ərizəsini təsdiqləyib.
Məleykə Abbaszadə deyib ki, 11 illik təhsil bazasından orta ixtisas məktəblərinə qəbul ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılır. Bu imtahanlarda 50 baldan yuxarı nəticə göstərənlər 11 illik bazadan orta ixtisas məktəblərinə daxil olmaq üçün ixtisas seçimi edə bilərlər.
Elxan SALAHOV

Oxşar yazılar

Bakının bu qəsəbəsi işıqsız qalacaq
10 iyul 2025 , 09:41
Tezliklə arzularını reallaşdıracaq BÜRCLƏR
10 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 iyul 2025 , 08:20
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir
9 iyul 2025 , 18:45
Yalnız bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: siyahıda kimlər var?
9 iyul 2025 , 18:32
Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd - VİDEO
9 iyul 2025 , 17:05