“Bakı Sağlamlıq Mərkəzi” yaradılacaq
Prezident İlham Əliyev “Bakı Sağlamlıq Mərkəzi”nin yaradılması haqqında sərəncam imzalayıb.
Lent.az-ın Prezidentin mətbuat xidmətinə istinadən məlumatına görə, sərəncamda bildirilib ki, Bakı şəhərində müasir çoxprofilli klinika - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi” yaradılsın. “Bakı Sağlamlıq Mərkəzi”nin tikilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 5,0 (beş) milyon manat vəsait ayrılsın.

422