400 bal toplayıb ali məktəbə daxil ola bilmədilər
Bu il belə abituriyentlərin sayı 914 nəfər olub
Ali məktəblərə qəbul imtahanlarında 400-dən yuxarı nəticə göstərib tələbə adını qazana bilməyənlərin sayı 914 nəfərdir.
Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, 400-dən yuxarı nəticə göstərib ali məktəbə qəbul olunmayan abituriyentlərin 6 nəfəri I, 433 nəfəri II, 78 nəfəri III, 297 nəfəri isə IV ixtisas qrupu üzrə ixtisaslara imtahan verən abituriyentlərdir.
Komissiya sədri 400 baldan yuxarı nəticə göstərən abituriyentlərin tələbə adını qazana bilməməsinə aydınlıq gətirərək bildirib ki, onlar ixtisas seçimi zamanı müsabiqə vəziyyətini düzgün hesablamayıb. Nəticədə onlar 400 baldan aşağı nəticə göstərən abituriyentlərə uduzub. Belə ki, 400-dən aşağı bal toplayanlar kodlaşdırmada müvafiq ixtisasları ön sıralarda yazmaqla daha yüksək nəticə göstərənlərin şanslarını azaldıb.
Elxan SALAHOV

485