Magistraturaya əlavə yerləşdirmə aparılır
06 avqust 2010 16:30 (UTC +04:00)

Magistraturaya əlavə yerləşdirmə aparılır

Müsabiqənin nəticələri avqustun 9-da elan ediləcək

2010-2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbulun nəticələri avqustun 9-da açıqlanacaq.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib, O, bildirib təxminən 1470 vakant yerə qəbul üçün 563 nəfər bakalavr ixtisas seçimi edib.

Komissiya sədri deyib ki, ali təhsil müəssisələrinin magistraturalarına əlavə yerləşdirmə mayın 2-də və iyunun 20-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Onun sözlərinə görə, ali məktəblərin magistraturasına qəbul olmuş bakalavrın boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar