“Xan Bağı”nda insan sümükləri tapılıb
Gəncənin “Xan Bağı”nda təmir-bərpa işləri aparılarkən insan sümükləri tapılıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə sakini Tofiq Məmmədov bildirib. Onun sözlərinə görə, tanışı olan fəhlələrdən qazıntı zamanı sümüklər tapıldığını öyrənib. Əraziyə yollanıb və sümüklərin tapıldığının şahidi olub. T.Məmmədov onda olan sümükləri mütəxəssislərə təqdim edəcəyini bildirir.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elm Mərkəzinin əməkdaşı, tarix elmləri namizədi Samir Pişnamazzadə isə vurğulayır ki, tapılan sümüklərin araşdırılmasına ehtiyac var. Çünki tarixi faktlara görə, həmin ərazidə bir zamanlar tanınmış şəxsiyyətlərin məzarları olub.
Vüsalə Cənnətova

435