Bakı-sərnişin stansiyası birbaşa və geriyə bilet satışına başlandı
Avqustun 5-dən etibarən Bakı-sərnişin stansiyası, Gəncə vağzalı və respublikanın Qərb zonasındakı xətti stansiyalarda fəaliyyət göstərən bütün bilet kassalarında bilet satışı Mərkəzi Məlumat Bazasından istifadə etməklə tətbiq olunur. Yeni sistemin tətbiqinin birinci günü Bakı-sərnişin stansiyasından geriyə 44 bilet satışı həyata keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, dünəndən başlayaraq Qərb zonasında kompüter quraşdırılmış xətti stansiya və bilet kassalarına satış üçün ayrılmış yerlər ləğv olunaraq Mərkəzi Məlumat Bazasına daxil edilib. Mərkəzi Məlumat Bazasının yaradılması ilə əlaqədar xətti stansiyalar üçün ayrılmış bron yerlər ləğv olunub.
Nadir Əzməmmədov bildirib ki, son illər ərzində “Azərbaycan Dəmir Yolları”nın Sərnişin Daşımaları Departamenti tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülür. Bu tədbirlərdən biri də bilet kassalarında avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiq edilməsidir. Onun sözlərinə görə, bilet satışı texnologiyasının kompüterləşdirilməsi və AİS “Ekspress-AZ” sisteminin genişləndirilməsi proqramına uyğun olaraq, Səhmdar Cəmiyyətin sədrinin müvafiq əmri ilə respublikanın Qərb zonasındakı xətti stansiyalarda fəaliyyət göstərən bütün bilet kassalarında beynəlxalq İnternet şəbəkəsinə qoşulmuş kompüter proqramı tətbiq olunub. Bu proqramın tətbiqi ilə Qərb bölgəsi üzrə hər bir kassa üçün əvvəlcədən ayrılmış yerlərin qabaqcadan birbaşa və geriyə satışına, boş yerlərin Birləşmiş Yol Bürosu vasitəsilə sonrakı stansiyalara ötürülməsinə, sərnişin sıxlığına operativ nəzarət olunur.
Elxan SALAHOV

Oxşar yazılar

Bakıda 20 dərəcə isti olacaq - Sabahın HAVASI
13 mart 2025 , 12:15
Su, işıq, qaz ilə bağlı abonent dəyişəndə ödəniş olur? – CAVAB
13 mart 2025 , 10:56
Dumanlı hava nə vaxt bitir? - AÇIQLAMA
13 mart 2025 , 09:40
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 mart 2025 , 08:28
BÜRCLƏRİN ərə getmək istəməyən qadınları: Qız qalmaq RİSKİ
13 mart 2025 , 08:08
Market rəflərində gizli təhlükə – Hər gün nə yeyirik? - VİDEO
13 mart 2025 , 02:01
Martın 13-dən nağıllardakı kimi yaşamağa başlayacaq BEŞ BÜRC: Hamı onlara həsəd aparacaq
13 mart 2025 , 00:01