20 yanvar “tolkuçka”sı hasara alınır
06 avqust 2010 11:15 (UTC +04:00)

20 yanvar “tolkuçka”sı hasara alınır

Azad Rəhimov: “Velotrek”lə onun ətrafındakı yarmarka bir-birindən ayrılmalıdır”


“Həsən Abdullayev Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti vəzifəsindən istefa versə də, qəbul olunmayıb”. Bu sözləri Lent.az-a açıqlamasında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.


Onun sözlərinə görə, federasiyanın hesabat-seçki konfransı 20 yanvar metro stansiyası yaxınlığında yerləşən “Velotrek”in eyniadlı ticarət mərkəzindən ayrılmasından sonra keçiriləcək: “Velosiped İdmanı Federasiyası ilə bağlı bəzi məsələlər var. “Velotrek”lə onun ətrafındakı yarmarka bir-birindən ayrılmalıdır. Araya hasar çəkilməlidir. Velosiped idmanı məktəbi velotrekin içində qalmalı, yarmarka isə ayrıca fəaliyyət göstərməlidir. Təklifimiz var ki, 2011-ci il üçün investisiya proqramına “Velotrek”də təmir işlərinin başlanılması da salınsın”.


A.Rəhimov bildirib ki, yarmarkanın ləğv edilib-edilməməsinin Gənclər və İdman Nazirliyinə heç bir aidiyyəti yoxdur: “Biz istəyirik ki, “Velotrek”ə və yarmarkaya girişlər ayrı-ayrı olsun. Hazırda girişlər bir-birinə yapışıb. Onların bir-birindən ayrılmasına çalışırıq”.

Qeyd edək ki, “Velotrek” ticarət mərkəzinin bir hissəsi eyniadlı idman qurğusunun içərisində yerləşir.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar