Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi sabah başlayır
2010-2011-ci tədris ili üçün ali məktəblərin 30 457 plan yerinə 27 700 nəfər abituriyent qəbul olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, ali məktəblərdə 2757 vakant yer qalıb. Vakant yerlərin 543-ü I, 472-si II, 1509-u III, 233-ü IV ixtisas qrupu üzrədir.
TQDK rəsmisinin sözlərinə görə, sabah vakant yerlərinin siyahısı açıqlanacaq. Avqustun 6-dan abituriyentlərin vakant yerləri üzrə ixtisas seçiminə start veriləcək. İxtisas seçimi internetlə avqustun 10-dək aparılacaq. İxtisas seçimi yekunlaşan bir neçə gündən sonra nəticələr açıqlanacaq.
E. Nağızadə bildirib ki, 53 nəfər yüksək səviyyəli beynəlxalq müsabiqə qalibi, olimpiada, dünya və Avropa çempionu ali məktəbə müsabiqədən kənar qəbul olunub.

390