İNANILMAZ: Bakıda pişik qəbri!
Hər kəsin sevdiyi Dudi Dudilinin həyat hekayəsi klinikada saxlanılır
Bakıdakı “Vəfalı Dostlar” baytarlıq klinikasında ölən pişik insanlar kimi dəfn edilib. Bu barədə Lent.az-a klinikanın meneceri Mehman Fərziyev məlumat verib.
Dudi adlı pişik bu il iyunun 11-də ölüb. “Vəfalı Dostlar” baytarlıq klinikasında onun üçün qəbir qazılıb və o dəfn olunub. Qəbrin üzərində pişiyin ad və soyadı (Dudi Dudili), klinikaya gətirildiyi və öldüyü tarixlər, həmçinin “much loved by everyone” (hər kəs tərəfindən çox sevilən) sözləri həkk olunub.
“Vəfalı Dostlar” baytarlıq klinikasında Dudi Dudilinin bura gətirilmə, yaşama və ölməsini əks etdirən həyat hekayəsi yazılı şəkildə saxlanılır. Bəli, bəli! Pişiyin əsl həyat hekayəti!...
Hekayətdən belə məlum olur ki, Dudi iki aylıq ikən - 3 avqust 2009-cu il tarixdə Şüvəlan qəsəbəsində tapılıb. Həmin vaxt onun quyruq fəqərəsində sınıq var imiş. İki arxa ayaqları da işləmirmiş. O, baytarlıq klinikasına gətirildikdən sonra hərəkət etməsi üçün dizlərinə təkər bağlanılsa da (bir növ əlil arabası kimi), bu, onun xoşuna gəlməyib. Sonradan ona “Pampers” bağlanıb. Bu, Dudinin çox xoşuna gəlib, o özünü çox komfortlu hiss edib.
Dudinin qabaq ayaqları yaxşı inkişaf etdiyindən, o, divana sərbəst şəkildə çıxa, pilləkənləri qalxa bilirmiş. O, arxa ayaqları işləməməsinə rəğmən, çox aktiv olub. Lakin günlərin birində Dudi ölüb. Və o, çox hörmətli qaydada dəfn edilib.
Qeyd edək ki, “Vəfalı Dostlar” özəl baytarlıq klinikasını Avstraliya vətəndaşı, əslən Cənubi Azərbaycandan olan soydaşımız açıb.
Pərvin ABBASOV

946