700 bal toplayan 7 abituriyent
Builki imtahan mövsümündə ən yüksək nəticə göstərən rekordçuların 4-ü qız, 3-ü oğlandır
2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında 7 nəfər maksimal nəticə - 700 bal toplayıb.
Lent.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən bildirir ki, imtahanlarda maksimal nəticə göstərən abituriyentlərin 2-si I ixtisas qrupu, 2-si II ixtisas qrupu, 3-ü isə III ixtisas qrupunda imtahan verib. Rekordçuların 4-ü qız, 3-ü isə oğlandır.
Beləliklə, builki imtahanlarda maksimal nəticə - 700 bal toplayan 7 abituriyent bunlardır:
1. Məmmədli Nəriman İxmixan oğlu – Bakı Türk Liseyinin məzunu
2. Abdullayeva Günel Eldar qızı – Şəki şəhəri Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin məzunu
3. Kazımov İsmayıl Əkbər oğlu – Mingəçevir şəhəri, N.Gəncəvi adına 8 saylı şəhər orta məktəbinin məzunu
4. Məsimov İlkin Natiq oğlu- Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu
5. Həsənova Aydan Aydın qızı - Bakı Türk Liseyinin məzunu
6. Baxşəliyeva Esmira Qəhrəman qızı – Bakı şəhəri, Sabunçu rayonu, 72 saylı məktəb-liseyin məzunu
7. Tanrıverdiyeva Aygül Oktay qızı – Bakı şəhəri, Binəqədi rayonu, 115 saylı orta məktəbin məzunu.
Xatırladaq ki, ötən ilki imtahanlarda cəmi 2 abituriyent maksimal nəticə – 700 bal toplamışdı. Hər iki abituriyent III ixtisas qrupunda imtahan vermişdi.
Elxan SALAHOV

907