Prezident Dövlət Bayrağı Meydanı üçün daha 10 milyon manat ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanında tikinti işlərinin tamamlanması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın məlumatına görə, sərəncamla Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanında başa çatdırılan tikinti-quraşdırma və abadlaşdırma işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2010-cu ildə dövlət büdcəsində nəzərdə tutduğu Prezidentin Ehtiyat Fondundan Bakı şəhəri İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılır.

411