3 gündəlik qəzet bu gün çıxmadı
Azərbaycanda çap olunan 3 gündəlik qəzet avqustun 3-də çap olunmayıb. Lent.az-ın məlumatına görə, bunlar “Azadlıq”, “Bakı-xəbər” və “Şərq” qəzetləridir.
“Azadlıq” qəzetinin çıxmamasına səbəb avqustun 2-də qəzet kollektivinin redaksiyanın yerləşdiyi “Azərbaycan” Nəşriyyatına buraxılmaması olub. Nəşriyyat rəhbərliyi qəzetin borcunun olduğunu əsas gətirərək, baş redaktor Qənimət Zahid istisna olmaqla kollektivin digər üzvləri içəri buraxılmayıb. Əgər “Azadlıq”ın kollektivi bu gün Nəşriyyata buraxılsa, qəzetin 4 avqust sayı işıq üzü görəcək.
“Bakı-xəbər” qəzetinin kollektivi isə avqustun 2-dən iki həftəlik məzuniyyətə çıxıb. Qəzetin sahibi və baş redaktoru Aydın Quliyev Lent.az-a bildirib ki, işə avqustun 16-da davam edəcəklər.
“Şərq” qəzetinin kollektivi cəmi bir həftəlik məzuniyyətə çıxıb. Baş redaktor Akif Aşırlı Lent.az-a bildirib ki, işə avqustun 9-da çıxacaqlar. “Şərq” qəzetinin növbəsi sayı avqustun 10-da işıq üzü görəcək.
Pərvin ABBASOV

426