Qubada kütləvi məzarlığın ətrafında olan evlər sökülməyəcək
31 iyul 2010 14:00 (UTC +04:00)

Qubada kütləvi məzarlığın ətrafında olan evlər sökülməyəcək

Layihənin ilkin variantına dəyişiklik olunub

Qubada aşkar olunan kütləvi məzarlığın ətrafında yerləşən evlər sökülməyəcək. Ərazidə ucaldılacaq memorial kompleksin ilkin variantında məzarlığın ətrafında olan 10-a yaxın evin sökülməsi nəzərdə tutulmuşdu. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev Lent.az-a bildirib ki, məzarlıqda aşkar edilən insan sümüklərinin basdırılması haqqında yayılan söz-söhbətin heç bir əsası yoxdur. Bəzi şəxslər burda soyqırıma məruz qalan insanların müsəlman olduğunu əsas gətirərək, sümüklərin torpağa basdırılmalı olduğunu deyirlər. Qəhrəman Ağayev isə düşünür ki, bu addımın atılması ermənilərin maraqlarına uyğun olar. Çünki Qubada aşkar olunan bu məzarlıq ermənilərin azərbaycanlılara və burda yaşayan xalqları soyqırıma məruz qoyduqlarını sübuta yetirmək üçün tutarlı faktdır.

Ölkə prezidentinin məzarlığa ziyarəti zamanı burda aşkar olunan insan sümüklərinin ərazidə tikiləcək memorial kompleksin tərkibində şüşə altında saxlanılması təklif olunub. Və ölkə başçısı bu metodun məqsədə uyğun olduğunu bildirib. Hazırda memorial kompleksin tikintisinə hazırlıq prosesi gedir. Yaxınlıqdan keçən Qudyalçayın məcrasında bəndqurma işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar