Dövlət Sərhəd Xidməti Akademiyasının vakant yerlərinə müsabiqə elan edildi
30 iyul 2010 18:00 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti Akademiyasının vakant yerlərinə müsabiqə elan edildi

II ixtisas qrupu üzrə qəbul imtahanlarında 250 və daha yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, Dövlət Sərhəd Xidməti Akademiyasının boş (vakant) yerlərinə müsabiqə elan edib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə 2010/2011-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanlarında 250 və daha yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqədə iştirak etmək istəyənlər 2010-cu il iyulun 28-dən avqustun 3-dək Dövlət Sərhəd Xidmətində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar