23129  abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib
30 iyul 2010 17:30 (UTC +04:00)

23129 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

Abituriyentlərin ixtisas seçimi davam edir


2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə ixtisas seçimi aparırlar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər.

30 iyul saat 10:00-dək həmin abituriyentlərdən 23129 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar