187 bakalavr magistr olmaq üçün ərizəsini təsdiq edib
30 iyul 2010 17:00 (UTC +04:00)

187 bakalavr magistr olmaq üçün ərizəsini təsdiq edib

li təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul aparılır

İyulun 29-dan etibarən cari tədris ili üçün ali təhsil müəs¬sisələrinin magistraturalarının boş qalan plan yerlərinə internet vasitəsilə ərizə qəbulu aparılır.

Təbələ Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün saat 10:00-dək müsabiqədə iştirak hüququ olan bakalvrlardan 187 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.

Qeyd edək ki, boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” xüsusi buraxılışının 6-cı sayında dərc edilib. Müsabiqədə iştirak etmək üçün bakalavrın ikimərhələli imtahanda 2010-cu il mayın 2-də və iyunun 20-də keçirilmiş ikimərhələli qəbul imtahanında topladığı ümumi bal (balların cəmi) 75-dən, ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə həm də bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (bəzi proqramlar üzrə- 80-dən), o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavabdan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılırlar. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 5 avqust saat 09.00-dək TQDK-nın mü¬¬va¬fiq internet səhifəsi¬nə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ərizəsi”ndə qeyd edib təstiqləməlidirlər.

(
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar