Mətbuat Şurası “qara siyahı” dan çıxarılan KİV-lərin adını açıqladı – SİYAHI
30 iyul 2010 16:00 (UTC +04:00)

Mətbuat Şurası “qara siyahı” dan çıxarılan KİV-lərin adını açıqladı – SİYAHI

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 6 iyul 2010-cu il tarixli iclası Şuranın nəzdində fəaliyyət göstərən “apelyasiya qrupu”nun və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 17 iyun 2010-cu il tarixli birgə iclasının rəyini rəhbər tutaraq 26 KİV-in adlarını “qara siyahı”dan çıxarıb. Bu barədə Lent.az-a Şuradan məlumat verilib. Bunlar aşağıdakı KİV-lərdir:

1. “Böyük Naxçıvan” qəzeti;
2. “Naxçıvanın səsi” qəzeti;
3. “Naxçıvan press” qəzeti;
4. “Müasir Naxçıvan” qəzeti.
5. “Azərbaycan övladı” qəzeti;
6. “Xronika” qəzeti;
7. “Qərbi Azərbaycan naminə” qəzeti;
8. “Həqiqət naminə” qəzeti;
9. “Dövlət hüququ” qəzeti.
10. “Fakt” qəzeti;
11. “7 gün+” qəzeti;
12. “Media və qanun” qəzeti;
13. “Azərbaycan regionları” qəzeti;
14. “Həftə sonu” qəzeti.
15. “Dünyaya Qarabağ harayı” jurnalı;
16. “Açıq fakir” qəzeti;
17. “Gündəm xəbər” qəzeti;
18. “Həqiqət və reallıq” qəzeti;
19. “Bizim lider” qəzeti;
20. “Mola Nəsrəddin” qəzeti;
21. “Qərb xəbərləri” qəzeti;
22. “Respublika gəncləri” qəzeti;
23. “Azərbaycan gəncliyi” qəzeti
24. “Azərbaycan reallığı” qəzeti;
25. “Vətən andı” qəzeti;
26. “Nurlu səhər” qəzeti.

Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə “qara siyahı”dan çıxarılmada əsas götürülən prinsiplər barədə söhbət açıb. Onun sözlərinə görə, adlarında “Naxçıvan” sözü olan qəzetlər Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrindən çıxarılıb. Bu cəhəti Mətbuat Şurası da nəzərə alıb.

Növbəti məqam müxtəlif səbəblərdən uzun müddət fəaliyyət göstərməyən KİV-lərlə bağlıdır. R.Hüseynzadə həmçinin fəaliyyətlərini dayandırmış, lakin “qara siyahı”dan çıxacaqları halda etik normaların tələblərinə uyğun fəaliyyət göstərəcəklərinə vəd verən KİV-lərin də müraciətlərinin nəzərə alındığını diqqətə çatdırıb. O, adı Mətbuat Şurasının “qara siyahı”sına salındıqdan sonrakı dövr ərzində barəsində MŞ-yə əsaslı şikayətlər daxil olmayan KİV-lərin müəyyən qisminin də “qara siyahı”dan çıxarıldığını vurğulayıb. İcraçı katib “qara siyahı”dan çıxarılanlar içərisində tutduğu əməlindən peşman olan, bu barədə Mətbuat Şurasına ərizə ilə müraciət edən və “qara siyahı”ya salındığı dövrdən «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nı gözləyən KİV-lərin olduğunu bildirib. Qeyd edib ki, Mətbuat Şurasının 6 iyul 2010-cu il tarixli iclasında Şura tərəfindən əfv edilən, yaxud bağışlanan 26 KİV-in etik prinsiplərin ardıcıl əməl etməsi zərurəti də müzakirəyə çıxarılıb. Həmin müddətdən sonra Şuraya onlar barədə əsaslı şikayət daxil olarsa, adları birbaşa olaraq “qara siyahı”ya qaytarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar