Jurnalistlərə yardım edildi
Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu İdarə Heyətinin növbəti iclası keçirilib
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu İdarə Heyətinin növbəti iclası keçirilib.
Fonddan Lent.az-a verilən məlumata görə, İdarə Heyətinin iclasında ötən müddət ərzində daxil olan 8 müraciətə baxılıb.
İki müraciət araşdırma tələb edildiyi üçün saxlanılıb. Müraciətlərin 6-sı təmin edilərək, bütövlükdə 3800 dollar həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. Həbsdə olan jurnalistlərin ailə üzvlərinə 22 iyul Milli Mətbuat Günü münasibətilə bloger Emin Milli - Abdullayevin ailəsinə 1000 dollar, bloger Adnan Hacızadənin ailəsinə 1000 dollar, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 1000 dollar məbləğində maliyyə yardımı edilib.
Fondun Əsasnaməsinin “məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi” bəndinə görə “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənova 300 dollar ayrılıb. “Peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə yardım edilməsi” bəndinə görə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Mahmudova (Kəbirli) 300 dolları, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasova 200 ABŞ dolları məbləğində maliyyə yardımı edilib.

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46