Mətbuat Şurasının yeni ofisinin ilk qonağı
Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyə - Azərbaycan dostluğu mövzusunda yazan media təmsilçilərini mükafatlandıracaq
Bu gün Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Azərbaycan Mətbuat Şurasının yeni ofisinə baş çəkib. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Hulusi Kılıç Mətbuat Şurasının yeni ofisinə təşrif gətirən ilk xarici qonaq və diplomatik nümayəndə olub.
Səfir Mətbuat Şurasının sədri Əflatun Amaşovu və bütün ölkə jurnalistlərini milli mətbuatımızın yubileyi münasibətilə bir daha təbrik edib, əlamətdar ildönümü günündə media təmsilçilərinin böyük qrupunun dövlət təltiflərinə layiq görülmələrindən, Mətbuat Şurasının müasir tipli, hərtərəfli təchiz olunmuş yeni binaya köçməsindən məmnunluğunu dilə gətirib. H.Kılıc bu ilin payızında İstanbulda keçirilməsi nəzərdə tutulan türkdilli xalqların jurnalistlərinin toplantısı barədə də ətraflı məlumat verib.
Hulusi Kılıç tədbirin Türk Dünyasının birliyinin möhkəmləndirilməsi baxımından xüsusi önəmə malik olduğunun vurğulayıb və qarşıdakı həftədə səfirlik tərəfindən Türkiyə - Azərbaycan dostluğu mövzusunda yazan media təmsilçilərinin mükafatlandırılacağını nəzərə çatdırıb.
Əflatun Amaşov milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı ölkəmizdə keçirilən tədbirlər barədə geniş məlumat verib. Mətbuat Şurasının sədri bildirib ki, belə həssas münasibət mətbuatın problemlərinin həllinə kompleks yanaşmanın yeni mərhələsidir.

559