Qusar rayon Mərkəzi Kitabxanasının veb-saytı yaradıldı
27 iyul 2010 18:00 (UTC +04:00)

Qusar rayon Mərkəzi Kitabxanasının veb-saytı yaradıldı

İyulun 27-də Qusar rayon Mərkəzi Kitabxanasının veb-saytının (www.qusar-mks.az) təqdimat mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, veb-saytda Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında ətraflı məlumat verilib. Azərbaycan prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri ilə bağlı fotoşəkillər oxucuların böyük marağına səbəb olub. “Ən çox oxunan kitablar” linkində oxucuların daha çox maraq göstərdiyi kitabların siyahısı saytın qonaqlarına təqdim edilir.
Qusar rayonunun kitabxanalarında saxlanılan nadir və qədim kitablar haqqında məlumat “Kitab abidələrimiz” başlığı altında öz əksini tapıb. Rayonun Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən XVIII-XIX əsrlərə aid olan qədim məişət, bəzək və s. maraqlı eksponatlar haqqında anotasiyalı məlumat hazırlanıb. M.Y.Lermontovun 1837-ci ildə Qusarda olarkən istifadə etdiyi eksponatlar haqqında da məlumat verilib.
Saytın “Folklorumuz” linkində bu qədim diyarın folklorunu əks etdirən maraqlı fotoşəkillər nümayiş etdirilir. Şəhid olmuş və qəhrəmanlıq zirvəsinə ucalan qusarlılara “Qəhrəmanlarımız” və “Şəhidlərimiz” linkləri həsr edilib.

Kitabxananın əməkdaşları rayonun abidələri, turizm gözəllikləri haqqında maraqlı məlumatlar toplayaraq saytda yerləşdiriblər. Yaxın vaxtlarda kitabxananın yeni yaradılan veb-saytına bir çox maraqlı materiallar da əlavə ediləcək.
Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar