Hirkan Milli Parkının bitki materialları İsveçrədəki sərgidə nümayiş etdiriləcək
İsveçrənin Fribourg Unversitetinin tropik və subtropik bitkilər üzrə mütəxəssisi Roland Keller və Fribourg Təbiət Tarixi Muzeyinin direktor müavini Emanuel Gerber relikt bitkiləri öyrənmək məqsədilə Lənkəran rayonu ərazisindəki Hirkan Milli Parkında olublar. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan və İsveçrə botaniklərinin birgə iştirakı ilə aparılan tədqiqatların nəticəsi olaraq Hirkan ərazisində yayılmış relikt bitkilərin müasir səviyyədə öyrənilməsi və yaxın zamanlarda Fribourg Təbiət Tarixi Muzeyində keçirilməsi planlaşdırılan relikt bitkilərə həsr edilmiş sərgidə nümayiş etdirilməsi üçün bitki materialları toplanıb.
AMEA Botanika İnstitutunda keçirilən görüşdə Fribourg Unversitetinin Botanika Bağı və Biologiya Departamenti ilə AMEA Botanika İnstitutu arasında “Zelkova cinsinin saxlanılması üçün qlobal fəaliyyət planı” çərçivəsində gələcək əməkdaşlıq müzakirə olunub.
Pərvin ABBASOV

455