Azərbaycan Prezidenti “Aqrolizinq” ASC-yə 5 milyon manat ayırdı
27 iyul 2010 12:00 (UTC +04:00)

Azərbaycan Prezidenti “Aqrolizinq” ASC-yə 5 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev “Aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Lent.az-ın Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sərəncam “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»na uyğun olaraq aqrar sahədə istehsalın artırılması, kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə ilə bağlı görülən tədbirlərin sürətləndirilməsi məqsədilə imzalanıb.
Sərncama əsasən, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsus kənd təsərrüfatı texnika və avadanlıqlarının müəyyən edilmiş tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə anbarlarının tikintisinin davam etdirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan “Aqrolizinq” ASC-yə 5 milyon manat vəsait ayrılıb.
Həmçinin, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnika və avadanlıqlarının müəyyən edilmiş tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə anbarlarının tikintisinin davam etdirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın birinci və ikinci bəndlərində nəzərdə tutulmuş vəsaitlərin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirilməsi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar