Altı ayda Azərbaycanda 32600 toy olub...
27 iyul 2010 11:00 (UTC +04:00)

Altı ayda Azərbaycanda 32600 toy olub...

... 76300 nəfər doğulub, 27 min nəfər ölüb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 32600 nəfər evlənib. Lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövrdə Azərbaycanda bağlanmış nigahların sayı hər 1000 nəfərə 7,4 nəfər təşkil edib. Eyni zamanda 4,2 min nəfər ailə boşanıb. Boşananların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməz qalıb.

Statistikanın məlumatına görə, birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında isə 23 yaş təşkil edib.

Bununla yanaşı, altı ay ərzində Azərbaycanda 76,3 min nəfər uşaq doğulub, 27 min nəfər isə dünyasını dəyişib. Doğulanların sayı 5,1 faiz artıb, ölənlərin sayı isə 0,1 faiz azalıb.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387

Oxşar yazılar