Dünya dini liderləri Bakıya yığışacaq
Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib
İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
İclasda bu ilin dekabrın 1-2-də paytaxt Bakı şəhərində “Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar” mövzusunda keçiriləcək konfransa hazırlıq məsələləri müzakirə olunub.
Məşvərət Şurasının sədri Hidayət Orucov tədbiri açaraq respublikada yüksək səviyyədə keçirilən dini liderlərin ümumdünya Bakı sammitinin böyük ictimai rezonans doğurduğunu bildirib.
Bu il dekabr ayının əvvəllərində Bakıda keçirilməsi nəzərdə tutulmuş “Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar” mövzusunda konfransa hazırlıqla əlaqədar məlumat verilib ki, tədbirə bir çox xarici ölkələrin dövlət qurumlarında dini məsələlərlə məşğul olan rəhbər işçilər, ənənəvi dinlərin liderləri, tanınmış ilahiyyatçılar və politoloqlar dəvət olunublar. Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycanda Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete və Məşvərət Şurasının digər üzvləri Dövlət Komitəsinin təşkilatçılığı ilə keçiriləcək bu konfransın dövlət-din münasibətlərinin tarixi inkişaf yoluna çağdaş meyarlarla yanaşma baxımından aktual olduğunu xüsusi vurğulayaraq, beynəlxalq konfransın daha yüksək səviyyədə keçirilməsi üçün təkliflər veriblər.
Məşvərət Şurasının üzvləri bu məsələlərdə Azərbaycanla sıx əməkdaşlıq edən digər ictimai xadimlərin də dekabrda keçiriləcək konfransa dəvət olunmalarını tövsiyə ediblər.
İclasda ölkədə dini durumla bağlı informasiya dinlənilib, dini maarifçiliyin gücləndirilməsi və cari məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılıb.
Pərvin ABBASOV

561