Mətbuat Şurası prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
23 iyul 2010 18:00 (UTC +04:00)

Mətbuat Şurası prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Azərbaycan Mətbuat Şurası prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, məktubda iyulun 22-də «Gülüstan» sarayında jurnalistlərin fəxri adlara və dövlət təltiflərinə layiq görülmələri milli mətbuatın 135 illik yubileyinə həsr olunmuş mərasimlərin məntiqi yekunu kimi dəyərləndirilib: «Gülüstan» sarayındakı bayram təntənələrində həmkarlarımızın böyük bir qrupu media sahəsindəki uzunmüddətli, səmərəli xidmətlərinə görə «Əməkdar jurnalist», «Əməkdar mədəniyyət işçisi» fəxri adlarına, «Tərəqqi» medalına layiq görüldü. Müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən 32 qəzetin hər birinə 20 min, 8 informasiya agentliyinin isə hərəsinə 10 min manat məbləğində birdəfəlik maliyyə yardımı edildi».

Məktubda prezident İlham Əliyevin Azərbaycan Mətbuat Şurasının yeni inzibati binasının açılışında iştirakı zamanı jurnalistlərin sosial müdafiəsi ilə bağlı səsləndirdiyi fikirlərin dərhal həyata keçirilməsinə də diqqət yönəldilib: “Mətbuat Şurasının yeni binasının açılışında iştirakınız zamanı mətbuatımızın digər aktual problemləri ilə yanaşı, jurnalistlərimizin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fikir və təkliflər səslənəndə, məsələnin tezliklə həllini tapacağını bildirdiniz. Çox gözləməyə ehtiyac qalmadı. Sizin imzaladığınız «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında» Sərəncam Azərbaycan jurnalistlərinə misilsiz hədiyyə oldu”.

Məktubda daha sonra bildirilir ki, ölkədə söz, məlumat və ifadə azadlığına yaradılan geniş imkanlar hər bir mətbu vasitədə və qələm sahibində ruh yüksəkliyini artırır, yaradıcılıq axtarışlarına mənəvi stimul verir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar