“Media açarı”nın qalibləri açıqlandı
Bu gün “Azerfon” MMC-nin dəstəyilə “Yeni nəsil” Azərbaycan Jurnalistlər Birliyi (“YN” AJB) və Azərbaycan Jurnalistlər Birliyi (AJB) tərəfindən keçirilən “Media açarı” mükafatının təltifetmə mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, “Heç olmaz ki, doğru söz yerdə qalsın” devizi altında keçirilən builki mərasimin aparıcısı məşhur telejurnalist Qulu Məhərrəmli olub.
Tədbirdə əvvəlcə “Azerfon” MMC-nin Korporativ Ünsiyyət Departamentinin rəhbəri Elşad Fərzəliyev çıxış edib. O, Milli Mətbuat Günü münasibətilə “Azerfon”un 3 nəfər jurnalisti noutbukla mükafatlandırdığını deyib. Bunlar ANS televiziyasının operatoru Rüfət Şabanov, “Xalq qəzeti”nin əməkdaşı Qabil Əliyev və “Trend” İnformasiya Agentliyinin əməkdaşı Hüseyn Vəliyevdir. Hər 3 şəxsə noutbuk təqdim olunub.
Daha sonra “Yeni nəsil” Azərbaycan Jurnalistlər Birliyi (“YN” AJB) sədri Arif Əliyev və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı çıxış edib. Onlar “Media açarı” mükafatının artıq 14-cü dəfədir ki, keçirildiyini bildiriblər. A.Əliyev bu il ötən illərdən fərqli formada keçirildiyini deyib. Belə ki, ötən illərdə “Media açarı” müsabiqəsi üçün jurnalistlər tərəfindən yazı müsabiqəsi təqdim olunurdusa, bu dəfə yazı qəbul edilməyib. A.Əliyev qaliblərin 100 nəfər ekspert tərəfindən seçildiyini bildirib.
Sonda qaliblərin adları açıqlanıb. Bunlar “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko (reportajlarına görə), “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov (“İlin şərhçisi”), Regional Televiziyanın (RTV) “Xəbər vaxtı” (“İlin xəbər proqramı”), Xəzər Televiziyasının “Xəzər-Xəbər” informasiya proqramı (“ölkədəki sel və daşqınları operativ işıqlandırdığına görə”), politoloq Rasim Musabəyov (“İlin media adamı”) və Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov (“İlin media adamı”) olub. Qaliblərə simvolik media açarı verilib və netbuk hədiyyə olunub.

488