Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı necə olacaq?
23 iyul 2010 15:30 (UTC +04:00)

Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı necə olacaq?

Layihə ilə bağlı hesabat dinlənildi


Bu gün Nəqliyyat Nazirliyində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı layihəsində Ətraf Mühitə və Sosial-İqtisadi Sahələrə Təsirlərin Qiymətləndirilməsi üzrə hesabat dinlənilib. Lent.az-ın Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin nümayəndələrinin də qatıldığı tədbirdə qarşılıqlı müzakirələr aparılıb.


Hesabatda Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı (BBDTL) layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahələrə Təsirlərin Qiymətləndirilməsi (ƏMSİSTQ) məsələləri öz əksini tapıb. Məlumat üçün deyək ki, potensial mənfi təsirlərin aradan qaldırılması üzrə qiymətləndirilmələr artıq aparılıb. Bu təsirlərin yumşaldılması tədbirləri Ətraf Mühit üzrə İdarəetmə Planı (ƏMİP) və Ətraf Mühitin Monitorinqi Planında (ƏMMP) təqdim olunub.


Görülən tədbirlər, layihə sahəsində aparılmış çöl ölçmə, monitorinq və laboratoriya tədqiqatlarının nəticələri, mövcud standartlar, qaydalar, qanun və Konvensiyaların müddəaları, eləcə də layihə ərazi üzrə əvvəlki dövrlərə aid elmi ədəbiyyat və hesabat materiallarından istifadə etməklə aparılıb.

Xatırladaq ki, liman 3 mərhələdə inşa ediləcək. Baş Limanının I mərhələsi çərçivəsində:

(I) 2 ədəd körpü (aşırımın hər bir tərəfində 1 ədəd) - 50 m;
(II) 4 ədəd quru yük körpüsü, o cümlədən konteyner körpüsü - 650 m;
(III) 1 ədəd Ro-Ro körpüsü - 300 m;
(IY) 1 ədəd xidməti körpü - 300 m

tikilməsi nəzərdə tutulub.

Rels çeşidləmə stansiyası - 10 paralel dəmiryolu relsi ilə birlikdə uzunluğu 800 m olmaqla, layihə ərazisinin cənub-qərb hissəsində yerləşəcək. I mərhələ üçün 2 zolaqlı limana giriş yolunun tikintisi, limanda yük dövriyyəsinin artmasına uyğunlaşmaq məqsədilə II və III mərhələlərdə yolun 3 və ya hətta 4 zolağadək genişləndirilməsi variantı təklif olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar