Azərbaycanda müdafiə təyinatlı məhsul istehsalında 49,9 faiz artım olub
Mülki təyinatlı məhsullarda 6,1 faiz artım qeydə alınıb
Müdafiə Sənayesi Nazirliyinin zavodlarında və elmi istehsalat müəssisələrində nazirliyin istehsalat birliklərinin 2010-cu ilin birinci yarımilliyi üzrə fəaliyyətlərinin yekunlarına həsr olunmuş kollegiya iclasları keçirilib. Lent.az-ın Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalov ötən altı ay ərzində görülmüş işlərdən danışıb.
Kollegiyada iş planına uyğun olaraq birlik və müəssisələrin istehsal, maliyyə təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş şəkildə müzakirə edilib. Bildirilib ki, hesabat dövrü ərzində 2010-cu ilin Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturları ilə 61,1 milyon manat həcmində müqavilələr bağlanılıb. Nazirlik üzrə hesabat dövründə 24,0 milyon manat dəyərində məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müdafiə təyinatlı məhsul istehsalında 49,9 faiz, mülki təyinatlı məhsullarda isə 6,1 faiz artım əldə edilib.
Bu il Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq 98 mövzu üzrə 108 məmulatın yaradılması nəzərdə tutulub və bu da 241 mərhələni əhatə edəcək. Hesabat dövründə həmin mərhələlərdən 15-i yerinə yetirilib, 19-u başa çatmaq üzrədir. Digər mərhələlər üzrə işlər davam etdirilir. İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib, Dövlət Müdafiə Sifarişi Proqramının və digər proqnoz göstəricilərin icrası istiqamətində tapşırıqlar verilib.
Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələrdə görülmüş işləri yüksək qiymətləndirdiyini söyləyib. O qeyd edib ki, kollektiv əldə olunmuş uğurlarla kifayətlənməməli, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi naminə respublikanın Silahlı Qüvvələrinin müasir tələblərə cavab verən silah və döyüş sursatları ilə təmin edilməsi istiqamətində nazirliyin qarşısında qoyulmuş mühüm vəzifələrin icrası üçün ikinci yarımildə də bütün gücünü səfərbər etməlidir.

478