Mətbuat Şurasının sədri “Turan”ın baş direktoruna cavab verdi
“Bu minvalla elə Mehman Əliyevin özünü də xarici qurumlara satılmaqda günahlandırmaq çətin deyil”
“Bu gün də bəyan edirəm ki, Adnan Hacızadənin və Emin Millinin tezliklə həbsdən çıxmasının tərəfdarıyam”. Lent.az-ın verdiyi məlumata görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin Mətbuat Şurası barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən söyləyib.
Mətbuat Şurasının sədri deyib ki, onlar gənc və perspektivli şəxslər kimi vətənə azadlıqda daha çox xeyir verə bilərlər: “Onu da yenə təkrar edirəm ki, bloggerlərin jurnalist sayılması mübahisəlidir. Kiminsə özünə nə isə yaradaraq insanlar haqqında yoxlanmamış məlumatları orada yerləşdirməsini düzgün saymıram”
Əflatun Amaşovun sözlərinə görə, Mehman Əliyevin münasibət bildirdiyi məsələlərdə növbəti yanlış məqam Azərbaycanda real surətdə fəaliyyət göstərən qəzetlərin sayı barədədir: “Dəfələrlə bildirmişəm ki, qeydiyyatdan keçən KİV-lərin sayı 4 mini aşıb. Fəaliyyət göstərən KİV-lərin sayı regionlarda işıq üzü görən KİV-lərlə birlikdə üç yüzə yaxındır. Üç yüzün yanına daha bir sıfır əlavə etmək və bu rəqəmin səslənməsini mənim adıma bağlamaq hansı məntiqə uyğundur, məqsəd nədir? Məgər qəzetlərimizin yarıdan çoxu “reket nəşr” deyillər? Bütün bunları nəzərə almadan Mehman Əliyevin Azərbaycan jurnalistlərinin böyük əksəriyyətini hakimiyyətə satılmaqda ittiham etməsi və Mətbuat Şurasını satılmışların yaratdığı qurum kimi xarakterizə etməsi absurddur. Bu, nə həmkarlıq hissidir, nə də yoldaşlıq. Özü də bu fikir mətbuat günündə, jurnalistlərin peşə bayramında səslənir. Bu minvalla elə Mehman Əliyevin özünü də xarici qurumlara satılmaqda günahlandırmaq çətin deyil. Təəssüf, çox təəssüf…”.

568