Prezident şəhid gizirə Milli Qəhrəman adı verdi
22 iyul 2010 19:00 (UTC +04:00)

Prezident şəhid gizirə Milli Qəhrəman adı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınıb:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

Qeyd edək ki, gizir Mübariz İbrahimov iyunun 18-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma zamanı şəhid olub və meyiti təmas xəttinin ermənilərin nəzarəti altında olan hissəsində qalıb. Həmin döyüşdə erməni tərəfi ciddi itki verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, atışma zamanı 4 erməni hərbçi öldürülüb, 4-ü isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar