Maqazin və mədəniyyət yazarları da mükafatlandırıldı
Dünən "Yeganə" şadlıq sarayında Azərbaycan Milli Mətbuatının yaranmasının 135 illiyi ilə bağlı tədbir keçirilib. "Zümrüd-M" prodüser mərkəzinin təşkilatçılığı ilə KİV-də öz nüfuz və bacarıqları ilə fərqlənməyə müvəffəq olmuş bir qrup media mənsubları, o cümlədən mətbuatın yaxın dostları olan iş adamları və sənətçilər "Seçilən"nominasiyası ilə təltif olunub. Lent.az-ın məlumatına görə, "Space TV"nin "Səhər" verilişinin aparıcısı, istedadlı aktyor və tele-məkanın əsas simalarından biri Elcan Rəsulovun və əməkdar artist, aktrisa Sevinc Əliyevanın aparıcılığı başlayan tədbirdə, “Space”, “Xəzər”, “ATV” telekanalları, “Lent.az”, “Vesti.az”, “APA”, “Trend.Life”, “SIA” xəbər agentlikləri, eləcə də “milli.az” xəbər portalının maqazin və mədəniyyət sahəsi üzrə çalışan əməkdaşları mükafatlandırılıb.
Xalq artisti Faiq Ağayev tədbirdə “İlin seçilən müğənnisi” kimi dəvət olunub. Media mənsublarına bəslədiyi hörmətdən razılıq edən xalq artisti, səhnədə olduğu 22 il müddətində hər zaman KİV-in dəstəyini öz üzərində hiss etdiyini dilə gətirib. Hədiyyə olaraq iki eksklüziv mahnısını, bütün nominantların şərəfinə səsləndirib.
Tədbirin bir başqa özəlliyi də "ATV"nın "Çal-çağır" verilişinin "Xəbər boxçası" rubrikasının əvəzolunmaz "Bibi" personajını canlandıran, Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyoru Fizuli Qərənzadənin iştirakı ilə bağlı olub. Maraqlı çıxışı ilə jurnalistləri təbrik edən bibi, tədbir boyu bir vaxtlar jurnalist olmuş ərinin axtarışına çıxsa da onu tapa bilməyib.
Nəzrin

Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33