Sabah son imtahandır
Sabah II ixtisas qrupu üzrə ali və orta ixtisas məktəblərinə sənəd vermiş abituriyentlər üçün imtahan keçiriləcək. Bununla da 2010/2011-ci tədris ili üçün ali məktəblərə qəbul kampaniyası başa çatacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, qəbul imtahanları Bakı şəhərində 46, Naxçıvan şəhərində 2 binada aparılacaq. 2010-cu ildə II qrup üzrə 28072 abituriyent ərizə təqdim edib. Bakı şəhərində 26814, Naxçıvan şəhərində 1258 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat çəkəcək.
Komissiyada bildirirlər ki, abituriyentlər iyulun 18-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürürlər. Abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə Komissiyanın internet saytında xüsusi xəritə-göstəricilərlə təchiz olunmuş, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib.
Elxan SALAHOV

Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33