Bakıda keyfiyyətsiz çörək istehsal edən müəssisə aşkarlandı
22 iyul 2010 10:45 (UTC +04:00)

Bakıda keyfiyyətsiz çörək istehsal edən müəssisə aşkarlandı

Sexdə mənşəyi məlum olmayan xörək duzundan da istifadə edilirmiş



Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən fiziki şəxs N.Muxtarova məxsus dairəvi çörək istehsal edən müəssisədə qanun pozuntuları aşkar ediblər.


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəssisəyə baxış zamanı sexin şəraitinin qeyri-qənaətbəxş olduğu, çörəyin istehsalı və daşınmasının, xamaların saxlanmasının normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub.


Bundan başqa, çörək istehsalında istifadə olunan 10 ədəd 30 kiloqramlıq kisələrdə ümumi çəkisi 300 kq olan mənşəyi məlum olmayan xörək duzu müəyyən edilib. Təsərrüfat subyektində araşdırma davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457

Oxşar yazılar