Azərbaycanda təhsil alan Borçalı gənclərinin problemləri müzakirə olunub
22 iyul 2010 10:30 (UTC +04:00)

Azərbaycanda təhsil alan Borçalı gənclərinin problemləri müzakirə olunub

“Borçalı” İctimai Cəmiyyəti toplantı keçirib

Azərbaycanda oxuyan gürcüstanlı azərbaycanlı tələbələrin problemləri müzakirə olunub. Lent.az-ın məlumatına görə 22 iyulda Gürcüstanda keçirilən tədbir “Borçalı” İctimai Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.

Görüş “Borçalıda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası prosesinin sürətlənməsində Azərbaycanda təhsil alan Gürcüstanlı tələbələrin rolu və iştirakı” layihəsi çərçivəsində “Azərbaycanda təhsil alan Borçalı əsilli tələbələrin problemləri” mövzusunda təşkil olunub.

Tədbirdə “Borçalı” Cəmiyyətinin Sədri Zəlimxan Məmmədli, fəlsəfə doktoru Şahbaz Şamooğlu, kimyaçı alim Aydın Paşacanov, QHT-lərə Dövlət Dəstəyi Şurasının rəsmi nümayəndəsi Gülsəba Ələsgərova və 30-a yaxın Borçalı əsilli tələbələr iştirak edib.

Ziyalılarımız Azərbaycanda təhsil alan soydaşlarımızın problemlərinə toxunub, onların həlli istiqamətində çıxışlar edib, onları Gürcüstan cəmiyyətinə savadlı, intellektual kadr kimi formalaşıb inteqrasiya etməsinin zəruriliyini çatdırıblar.

Tədbirdə həmçinin Borçalı Cəmiyyəti Gənclər Təşkilatının İH-nin üzvləri Şahnaz Həsəsnova, Nadir Məmmədli, Elvin Yadigarov bu mövzu ətrafında çıxışlar ediblər. Və sonda 27 yaşında iqtisadiyyat sahəsi üzrə fəlsəfə elmləri namizədi alimik dərəcəsi almış Anar Paşacanov və bu il ali təhsilini başa vurmuş Borçalı əsilli tələbələrə Cəmiyyətin diplom və təbriknamələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar