Gürcüstanda Azərbaycanlıların elat günü keçiriləcək
22 iyul 2010 10:15 (UTC +04:00)

Gürcüstanda Azərbaycanlıların elat günü keçiriləcək

“Borçalı” İctimai Cəmiyyəti tədbirə hazırlaşır

“Borçalı” İctimai Cəmiyyəti 25 iyulda Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında 2-ci “Elat günü” kütləvi tədbirini keçirəcək. Lent.az-ın verdiyi məlumata görə, cəmiyyətin Gürcüstana dostluq səfərinin məqsədi “Elat günləri” keçirmək, ənənəni davam etdirmək və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirməkdir.

Tədbirdə 10 minə yaxın Gürcüstan azərbaycanlısının və qonaqların iştirakı nəzərdə tutulur.

Elat-hüdudları bəlli olan konkret coğrafi bölgə daxilində mövsümü – yaylaq-qışlaq yerdəyişməsindən ibarət təsərrüfat məişətinə malik olan insanların sosial birliyidir. Belə mədəni – təsərrüfat tipinə malik insan qruplarının – sosial birliklərin yaratdığı mədəniyyət tipi isə elat mədəniyyətidir. Özündə zəngin mənəvi-etnik və mədəni-sosial dəyərləri ehtiva edən bu mədəniyyət tipi Gürcüstan Respublikasının şərqində hazırda Kvemo-Kartli adlanan Borçalı-Qarayazı tarixi bölgəsində əsasən kompakt yaşayan, həmçinin qonşu bölgələrdə yaşayan Azərbaycan türklərinin məişət və təsərrüfat həyatının bu gün də tərkib hissəsi olaraq qalmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar