1602 jurnalist qalibləri seçdi
21 iyul 2010 18:00 (UTC +04:00)

1602 jurnalist qalibləri seçdi

Mətbuatın 135 illiyi münasibəti ilə növbəti mükafatlandırma keçirildi

Milli Mətbuat günü münasibəti ilə iyulun 21-də media sahəsində xidmətləri olan şəxslər mükafatlandırıldı. Lent.az-ın məlumatına görə, Avrasiya Gazeteciler Derneğinin Qafqaz Təmsilçiliyi, “Dünya Azərbaycanlılar” İctimai Mərkəzi, İctimai Fikir Fondu respondentlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Bu münasibətlə Hyatt Regency otelində təqdimat mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər tədbir iştirakçıların milli mətbuatımızın 135 illiyi ilə bağlı təbrik edib və keçirdikləri sorğunun ortaya çıxardığı nəticələr barədə danışıb.

Milli Mətbuatımızın 135 illiyi ilə əlaqədar Respublikada respondentlər arasında keçirilən rəy sorğusunun nəticələrinə görə bir neçə ictimai xadim, jurnalistikanın inkişafında rolu olan dövlət adamına mükafat təqdim olunub.

Jurnalistlər arasında keçirilən sorğu nəticəsində qaliblər müəyyən olunub. Ümumilikdə 1602 anketin nəticələri əks olunub. Anketin nəticələrinə görə, qalib gələn şəxslər Birgə Təşkilat Komitəsinin Fəxri Diplomu ilə təltif olunublar.

Laureatlar arasında, Respublikanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov, fəlsəfə elmlər doktoru, ictimai xadim Gültəkin Məmmədbəyli, millət vəkili İmamverdi İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərsun Holdinq”in prezidenti Abdollbari Goozal, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Hüquqi-İqtisadi-Sosial Tədqiqatlar İnstitutunun direktoru, ictimai xadim, elpress.az saytının sahibi Əli Hacı, Azərbaycanın Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev, millət vəkili Asim Mollazadə, “Büyükfırat” Şirkətinin prezidenti Hüseyn Büyükfırat, iş adamı Fadal Bazzi, “Dostluq” İstirahət Mərkəzinin müdiri Xanlar Quliyev, Şair Rüstəm Behrudi, Azərbaycan Nəşriyyatının Direktoru Ağabəy Əsgərov, Respublika Yol Polis İdarəsinin mətbuat şöbəsinin rəisi Kamran Əliyev, Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elsad Miraləm, Norveçin Azərbaycanda səfirinin müşaviri Lars Ragnar Aalerud Hansen, “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova, Azərbaycan Televiziyası, “Space” televiziyasının “Xəbərlər” Departamentinin müdiri Elman Gədikli, “Azad Azərbaycan” Televiziyasının əməkdaşı İradə Məmmədova, İctimai Televiziyanın Departament müdiri Rauf Rəcəbov, “Xəzər” Televiziyasının əməkdaşı Lalə Eyvazova və digərləri var.

Lent.az-ın direktoru Qabil Abbasoğlu Azərbaycanda internet informasiya məkanındakı ən qabaqcıl saytın rəhbəri olaraq mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar