İyulun 23-də abituriyentlər sonuncu imtahan verəcək
21 iyul 2010 15:00 (UTC +04:00)

İyulun 23-də abituriyentlər sonuncu imtahan verəcək

II qrupun abituriyentləri “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilər

II ixtisas qrupu üzrə ali və orta ixtisas məktəblərinə sənəd vermiş abituriyentlər üçün “İmtahana buraxılış vərəqəsi”ni verilməsinə başlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, “İmtahana buraxılış vərəqəsi” internet vasitəsilə verilir. Belə ki, abituriyent http:.//tqdk.gov.az saytında müvafiq bölməyə daxil olmaqla bu sənədi çap edə bilər.

Komissiyada bildirirlər ki, II ixtisas qrupu üzrə ali və orta ixtisas məktəblərinə qəbul imtahanları iyulun 23-də Bakı, Sumqayıt və Naxçıvanda keçiriləcək. Abituriyentlər imtahanda iştirak etmək üçün şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni də özləri ilə götürməlidir.

Xatırladaq ki, bununla da 2010/2011-ci tədris ili üçün respublikanın ali və tam orta təhsil bazasından kolleclərə tələbə qəbulu imtahanlarına yekun vurulur. Əsas təhsil bazasında orta ixtisas məktəblərinə imtahanlar isə avqust ayında keçiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar