Gülhanəyə 14 tələbə qəbul olunacaq
21 iyul 2010 14:30 (UTC +04:00)

Gülhanəyə 14 tələbə qəbul olunacaq

Akademiyanın Ali Tibb Fakültəsinə qəbul üçün müsabiqədə IV ixtisas qrupu üzrə imtahanlardan 550-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlanlar iştirak edə bilər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyəni Gülhanə Hərbi Tibb Akademiyasına tələbə qəbulu üçün müsabiqə elan edir. Müsabiqə Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən keçirilir.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 2010/2011-ci tədris ilində Akademiyanın Ali Tibb Fakültəsinə 14 nəfərin qəbulu nəzərdə tutulur. Müsabiqədə 2010-cu ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 550-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 45 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq.

Xatırladaq ki, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. Onlar 1-ci kursda hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər TQDK-ya müraciət etməlidirlər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461

Oxşar yazılar